Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

“Sony Ericsson” fəaliyyətini dayandırıb

“Sony Ericsson” fəaliyyətini dayandırıb

“Sony” korporasiyası bu gün “Sony Ericsson” birgə müəssisəsində “Ericsson” şirkətinin malik olduğu 50 faizlik payın 1,05 milyard avroya alınmasına dair sazişin başa çatmasını elan edib. “Sony Ericsson” bundan sonra “Sony Mobile Communications” adlandırılacaq və mobil qurğular istehsalını davam etdirərək “Sony”nin tərkibində bölmələrdən biri olacaq. Mənzil-qərargahı Londonda (Böyük Britaniya) yerləşən şirkətin 8000 minə yaxın əməkdaşı var. Bundan başqa, prezident və icraçı direktor vəzifəsini əvvəllər “Sony Ericsson”a rəhbərlik etmiş Bert Nordberq yerinə yetirəcək. Yaponiya korporasiyasının istehsalı olan “Sony” brendli ilk qurğuların fevralda Barselonada keçiriləcək “Mobile World Congress” 2012 sərgisində nümayiş ediləcəyi gözlənilir.     

Detail

ABŞ konqresmeni Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

ABŞ konqresmeni Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

ABŞ Konqresində Tennesi ştatının demokrat təmsilçisi Stiv Koen Nümayəndələr Palatasında Xocalı qırğınının 20-ci ildönümünü anan bəyanatla çıxış edib. “AzərTac”ın verdiyi xəbərə görə, konqresmen bildirib ki, faciənin ildönümü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərin artırılması zərurətini xatırladır. O, öz ölkəsini, Minsk qrupunun həmsədri kimi, bu uzunmüddətli münaqişənin nizamlanması ilə ciddi məşğul olmağa çağırıb. Stiv Koen Konqresdəki həmkarlarını dünyanın mürəkkəb və strateji baxımdan əhəmiyyətli bölgəsində ABŞ-ın güclü müttəfiqi olan Azərbaycandakı dostlarla birlikdə Xocalı faciəsini anmağa çağırıb. Konqresmen bildirib ki, 1992-ci il fevralın 25-26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan mənşəli mülki vətəndaşlara qarşı ən böyük qırğın törədilib. Nə vaxtsa yeddi minlik əhalisi olan Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən tamamilə yerlə-yeksan edilib, 106-sı qadın, 83-ü uşaq olmaqla 613 nəfər qətlə yetirilib. Onların 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə öldürülüb. 1.275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 76-sı azyaşlı uşaq olmaqla, 487 nəfər əlilə çevrilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130-u isə ən azı bir valideyndən mərhum edilib. S.Koen faciənin dəhşətli təfsilatları haqda danışarkən, o zaman hadisə barədə yazan, ABŞ-ın “Newsweek”, “Times” jurnallarına, eləcə də Rusiyanın “Memorial” təşkilatının məlumatlarına istinad edib. Konqresmen deyib ki, Xocalı əhalisinin bir qismi hücum baş verən ərazisindən çıxmaq istəyərkən pusquya düşmüş və vəhşi işgəncələrlə öldürülüblər. Konqresmen ermənilər tərəfindən qadın, uşaq və yaşlı insanlara qarşı istifadə edilən zorakılıq və işgəncələri “təsviredilməz” adlandırıb.

Detail

ABŞ pilotsuz təyyarəsi Pakistanda 13 silahlını məhv edib

ABŞ pilotsuz təyyarəsi Pakistanda 13 silahlını məhv edib

ABŞ-ın pilotsuz təyyarəsi Pakistanın şimal-qərbində Tayfalar zonasında aralarında 8 özbək radikal islamçı olmaqla azı 13 silahlını məhv edib. İlk hücumla pilotsuz təyyarə Şimali Vəziristandakı Mir Əli şəhərində bir avtomobilə endirdiyi zərbə ilə 5 silahlı məhv edib. Sonradan Miranşah şəhərindəki evə endirilən zərbə ilə 8 silahlı zərərləşdirilib. Qeyd edək ki, Tayfalar zonası Pakistanın xüsusi bölgəsidir. Burada federal qanunlar işləmir və polisin səlahiyyətləri yoxdur. Hazırda Zonada Pakistana tabe olan 7 mini-dövlət yerləşir: Bacaur, Mohmənd, Xeybər, Kürrəm, Orakzay, Şimali və Cənubi Vəziristan. Bu zonada bir necə radikal islam qruplaşmalarının silahlıları sığınaq tapıblar. Onlar qonşu Əfqanıstandakı rejimə və Pakistan hökumətinə qarşı mübarizə aparırlar

Detail


Dünya

Siyasət

İdman

Hadisə




Valyuta məzənnəsi

Valyuta Alış AZN Satış AZN
USD 0.8026 0.8026
EURO 1.0070 1.0959
GBP 1.2010 1.2144
RUB 0.0254 0.0267

Arxiv

< May 2012 >
Bz Ç Ç Cm C Ş Bz
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31      



Hərbi

  • 0
  • 1
  • 2
  • 3
  • 4
prev
next

Azərbaycan Ordusu cəbhə bölgəsində təlimlərə başlayıb

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub. Həftənin sonunadək keçiriləcəyi planlaşdırılan təlimlərdə son illər Azərbaycan Ordusunun əldə etdiyi ən müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.

Bazar ertəsi, 20 Fevral 2012 | Oxundu: 31

Ordumuzun əsgəri həlak olub

Azərbaycan Ordusunun əsgəri ölüb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. 2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır....

Bazar ertəsi, 30 Yanvar 2012 | Oxundu: 40

Ukrayna 2017-ci ilə qədər hərbi personalını azaldacaq

News image

  "Bimxəbər” xəbər verir ki, Ukraynanın müdafiə naziri Mixaylo Yezhel 2017-ci ilə qədər hərbi personal sayının 15-20 faiz azaldılacağını açıqlayıb. Yezhel ordudakı yenidənqurma işlərindən sonrakı 5 il ərzində mövcud infrastrukturun da keyfiyyətinin artacağını ifadə edib. Yeni silahlar alınacağını, mövcud hərbi avadanlığın isə modernize ediləcəyini vurğulayan nazir hərbi personal maaşlarının da iki qat qalxacağını vurğulayıb.

Çərşənbə axşamı, 17 Yanvar 2012 | Oxundu: 43

Ermənilər atəşkəsi pozdular

News image

  Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 16-da saat 11.10-dan 11.20-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 10.30-dan 10.45-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 09.50-dən 10.20-dək, 11.00-dan 11.15-dək və 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10.30-dan 11.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 20.15-dək və yanvarın 17-də saat 02.00-dan 02.25-dək Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub....

Çərşənbə axşamı, 17 Yanvar 2012 | Oxundu: 50

Qoşunların təmas xəttində ATƏT-in monitorinqi keçiriləcək

News image

Oktyabrın 26-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycanın Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Çərşənbə axşamı, 26 Oktyabr 2010 | Oxundu: 229

Xəbər lenti

Bimxeber.com
reVierphone